“Ölüm dərəsi”ndə təyyarə qəzası - Yaralılar var

  01 Avqust 2019    Oxunub : 958
“Ölüm dərəsi”ndə təyyarə qəzası - Yaralılar var
ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus qırıcı təyyarə Çayna-Leyk bazasının yaxınlığında, “Ölüm dərəsi”ndə yerləşən “Ulduz müharibələri” adlı kanyonda qəzaya uğrayıb.
Azvision.az xəbər verir ki, CNN telekanalının yaydığı məlumata görə, qəza nəticəsində “Ölüm dərəsi” milli parkını ziyarət edən 7 nəfər xəsarət alıb. Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Qeyd edilib ki, kanyon aviasiya həvəskarları arasında kifayət qədər tanınmış yerdir, onlar burada təlim uçuşlarını seyr edirlər.

Azvision.az

Teqlər: ABŞ   Təyyarə   Qəza