Putin Ukrayna barədə sərt dillə danışdı - VİDEO

Putin Ukrayna barədə sərt dillə danışdı - VİDEO
  03 Dekabr 2013    Oxunub:1028
Ukrayna hadisələri inqilabı yox, talanı xatırladır. AzVision.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin İrəvanda jurnalistlərə bildirib.

"Mənim fikrimcə, bunun Ukrayna ilə Avropa Birliyi münasibətlərinə heç bir dəxli yoxdur", - deyə Rusiya prezident əlavə edib. Onun fikrinjə, indiki hadisələr Ukraynada qarşıdan gələn prezident seçkiləri üçün hazırlanıb.

"Bu, daxili siyasi proses, müxalifətin ölkədəki mövcud legitim hakimiyyəti laxlatmaq cəhdidir…", - deyə Putin vurğulayıb.




Teqlər:





Xəbər lenti