Yeni pişik növü kəşf edildi
Braziliyanın Riu-Qrandi-du Sul ştatının Port-Alleqri şəhərində yerləşən Katolik universitetinin alimi Eduardo Eyzrik bu sahədə ciddi tədbirlərin görülməsinin vacibliyini xatırladıb. “Bizim tədqiqatlar göstərdi ki, həyatının bütün məqamları və fiziologiyası alimlər üçün qaranlıq qalan Şimal-Şərqi Braziliyadakı onsill pişiklərinin populyasiyasına diqqət ayırmalıyıq. Pişiyin hər 4 növü nəsli kəsilmək təhlükəsi ilə üzləşib. Buna görə, biz onsill pişiklərinin genomları, ekologiyası və təkamülü barəsində maksimum məlumat əldə etməliyik ki, onların müdafiəsi üçün adekvat tədbirlər görə bilək.
DNT analizlərini tədqiq edən alimlər onsill pişiklərin iki ayrı növə ayrıldığını müəyyən edib.
Mitoxondrial DNT-ləri müqyisə edən mütəxəssislər Şimal-Şərqi və Cənubi Braziliyada yaşayan onsillərin populyasiyasının bir-biri ilə əlaqədə olmadığını aydınlaşdırıb. Şimal və Şərq onsillərində pampas pişikləri ilə əlaqə müəyyən edilsə də, cənubda belə əlamətlər müəyyən olunmayıb.
Bioloqların fikrincə, vəhşi pişiklər barədə alınan bu yeni faktlar onların optimal müdafiəsi üçün tədbirlər görməyə yardım edəcək.
Vüqar İsmayılov