Türkiyə 92 min 280 suriyalıya vətəndaşlıq verib

Türkiyə 92 min 280 suriyalıya vətəndaşlıq verib
  02 Avqust 2019    Oxunub:2952
“Türkiyə uşaqlar da daxil olmaqla 92 min 280 suriyalıya vətəndaşlıq verib”.
Azvision.az xəbər verir ki, barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

O deyib ki, vətəndaşlıq verilənlərdən 47 mini yetkinlik yaşına çatmış, 45 min 280-i isə uşaqlardır: “Bu insanların çox müəllim, mühəndis və.s ixtisaslı insanlardır. Yəni onlar öz həyatlarını qura biləcək insanlardır”.

S.Soylunun sözlərinə görə, 547 min suriyalı İstanbulda qeydiyyatdadır.

Nazir qeyd edib ki, son 2-2.5 il ərzində 8 min FETÖ üzvü Yunanıstana qaçıb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Türkiyə   Suriya   Vətəndaşlıq  





Xəbər lenti