İndoneziyada güclü zəlzələ: 1 ölü, 4 yaralı

  03 Avqust 2019    Oxunub : 909
İndoneziyada güclü zəlzələ: 1 ölü, 4 yaralı
İndoneziyada baş vermiş 7,1 bal gücündə zəlzələ nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, ölüm faktı Lebak dairəsində qeydə alınıb, dörd nəfər isə Yava adasının Sukabami və Pandeqlanq dairələrində xəsarət alıb. Yeraltı təkanlar zamanı Banten və Qərbi Yava əyalətlərində 113 tikili dağılıb.

Azvision.az

Teqlər: İndoneziya   Zəlzələ