Türkiyədə 41 polis əməkdaşı saxlanılıb

 Türkiyədə 41 polis əməkdaşı saxlanılıb
  03 Avqust 2019    Oxunub:1865
Türkiyənin Adana vilayətinin 19 rayonunda Fətullahçı terror təşkilatına (FETÖ) qarşı aparılan istintaq çərçivəsində 41 polis saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. Bildirilib ki, saxlanılan şəxslər arasında vəzifəsinin icrasına davam edənlər də olub. Hazırda faktla bağlı araşdırma aparılır.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Türkiyə   FETÖ   Adana   Polis  





Xəbər lenti