Xəstələri təxliyə edən helikopter qəzaya düşdü

Xəstələri təxliyə edən helikopter qəzaya düşdü
  03 Avqust 2019    Oxunub:1415
Ficinin şimal-şərqində yerləşən Vanua Levu adası sahillərində içərisində iki nəfər olan tibbi helikopter qəzaya uğrayıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “FBC” radiostansiyası məlumat yayıb.

Bildirilib ki, Lambasa şəhərindəki xəstəxanadan xəstələri təxliyə etdikdən bir müddət sonra helikopterin dispetçerlə əlaqəsi kəsilib. Təyyarədə pilotdan başqa iki yaşlı uşaq və anası olub. Axtarışlar zamanı helikopterin dağıntıları və sərnişinlərdən birinin cəsədi tapılıb.

Fici Hərbi Dəniz Qüvvələrinin komandanı, kapitan Hampfri Tavake qeyd edib ki, qəza bölgəsində axtarışlar davam etdirilr.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Qəza   Helikopter  





Xəbər lenti