1643 nəfər direktor olmaq üçün imtahan verdi

1643 nəfər direktor olmaq üçün imtahan verdi
  03 Avqust 2019    Oxunub:2797
Ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb. Bu mərhələdə 1643 namizəd iştirak edib.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqəyə 472 vakant yer çıxarılıb.

Dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla müəyyən ediləcək.

Azvision.az



Teqlər: Təhsil-Nazirliyi   Direktor   Məktəb   İmtahan  





Xəbər lenti