Türkiyədə avtobus aşdı- 14 azərbaycanlı yaralandı

 Türkiyədə avtobus aşdı-  14 azərbaycanlı yaralandı
  03 Avqust 2019    Oxunub:3624
Türkiyənin Nevşehir vilayətinin Kapadokiya rayonunda azərbaycanlı turistlərin olduğu avtobus aşıb.

Azvision.az xəbər verir ki, hadisə nəticəsində avtobusda olan 18 nəfərdən 14-ü xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Türkiyə   Qəza   Kapadokiya  





Xəbər lenti