İran Zəriflə Trampın görüşünə razılıq vermədi

  İran Zəriflə Trampın görüşünə razılıq vermədi
  03 Avqust 2019    Oxunub:2157
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iyul ayında ABŞ prezidenti Donald Trampla görüşlə bağlı dəvətnamə alıb.
Azvision.az xəbər verir ki, bu barədə "The New Yorker" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, dəvətnamə Zərifə amerikalı konqresmen Rend Pol tərəfindən nazirlə görüş zamanı təqdim edilib. Öz növbəsində Zərif dəvətnaməni İran hökumətinə təqdim edib. Lakin İran tərəfi görüşə razılıq verməyib.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: İran  





Xəbər lenti