Moskvada etirazlar: 600 nəfər saxlanıldı

   Moskvada etirazlar:    600 nəfər saxlanıldı
  04 Avqust 2019    Oxunub:2197
Rusiyanın paytaxtı Moskvada növbəti etiraz aksiyası keçirilib.
Azvision.az xəbər verir ki, icazəsiz aksiyada 1500-dən çox insan iştirak edib. Əraziyə cəlb olunan polis əməkdaşları aksiyanın qarşısını almağa çalışıblar. Polisin tələbinə əməl etməyən 600 etirazçının saxlanıldığı bildirilir.

Qeyd edək ki, aksiyalara səbəb Moskva şəhər Dumasına sentyabrın 8-də keçiriləcək seçkilərə müxalif namizədlərin buraxılmamasıdır.

Azvision.az



Teqlər: Moskva   Etiraz   Aksiya  





Xəbər lenti