Texasda 20 nəfəri öldürən şəxsin görüntüsü - FOTOLAR

   Texasda 20 nəfəri öldürən şəxsin görüntüsü -    FOTOLAR
  04 Avqust 2019    Oxunub:9782
ABŞ-ın Texas ştatındakı "Walmart" ticarət mərkəzində 20 nəfəri öldürən şəxsin kimliyi açıqlanıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, silahlı insidenti törətməkdə şübhəli bilinən oğlan 21 yaşlı Patrik Krisiusdir. Dallas sakini olan cinayətkar artıq saxlanılıb. Federal təhlükəsizlik qüvvələri onun şəxsiyyətini təsdiqləyiblər.

Polis hadisədə şübhəli bilinən daha 3 nəfəri saxlayıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, "Walmart” ticarət mərkəzində baş verən silahlı insident zamanı 20 nəfər ölüb, 26 nəfər isə yaralanıb. Məlum olub ki, Patrik Krisius ticarət mərkəzinə daxil olaraq insanlara atəş açıb.







Azvision.az


Teqlər: ABŞ   Texas  






Xəbər lenti