Anar Nağılbazın ölümündən bir il ötür

Anar Nağılbazın ölümündən bir il ötür
  04 Avqust 2019    Oxunub:1553
Azərbaycanın tanınmış rep ifaçısı Anar Nağılbazın ölümündən bir il ötür.
Azvision.az xəbər verir ki, reper 2018-ci ilin avqustun 4-də dünyasını dəyişib. Ailə üzvlərinin sözlərinə görə, reperin ölümünə stres səbəb olub.

Qeyd edək ki, Anar Nağılbaz 1974-cü il martın 28-də Füzuli şəhəri, Horadiz qəsəbəsində dünyaya gəlib. Replə ilk dəfə 1988-ci ildən etibarən məşğul olub. 1991-ci ildə “Aysel” miniatür teatr studiyasını yaradıb. 1990-1992-ci illərdə “Kirpi” jurnalının, 1993-1995-ci illərdə “Naxçıvan” qəzetinin müxbiri olub.

Böyük səhnəyə 1993-cü il fevralın 28-də “Canlı klip” teatrının müşayiəti ilə Azərbaycan Dövlət Sirkində çıxıb. 1996-cı ildə ilk albomu işıq üzü görüb.

45 yaşlı rep ifaçısı 2 dəfə evlənib. Onun Anjelika adlı ilk həyat yoldaşından 2 övladı var. Ötən ilin iyununda isə Aytən adlı xanımla ailə qurmuşdu. O, keçmiş deputat Rizvan Cəbiyevin oğludur.

Azvision.az



Teqlər: Anar-Nağılbaz  





Xəbər lenti