“Nəticələr ilbəil yaxşılaşır və bizi sevindirir” - Təhsil naziri

  “Nəticələr ilbəil yaxşılaşır və bizi sevindirir” -    Təhsil naziri
  05 Avqust 2019    Oxunub:2253
Beynəlxalq informatika olimpiadası 30 illik tarixi müddətdə böyük yol keçib, ölkələrin bu sahədə keçirilən yarışmaya böyük marağı var və hər il iştirakçı ölkələrin sayı artır.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, Azərbaycanda son illər Respublika və beynəlxalq olimpiadaların keçirilməsinə xüsusi önəm verilir.

“Nəticələr ilbəil yaxşılaşır. Bu, bizi sevindirir. Son ildə ölkə daxilində keçirilən olimpiadalarda iştirakçı sayı 30 mindən artıq olub və hər bir fənn üzrə ilbəil artan marağı görürürük. Olimpiada qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu olimpiadaya marağın artmasına səbəb olacaq. Beynəlxalq olimpiadalara hazırlıq isə bu hərəkətin ayrıca xəttidir".

Nazir qeyd edib ki, ölkə daxilində respublika informartika olimpiadasında 558 şagird iştirak edib, qalib olanların böyük qismi beynəlxalq olimpiadaya hazırlıq mərkəzinə cəlb edilib.

"İyun ayında xüsusi 2 turdan ibarət seçim keçirildi və nəticədə beynəlxalq olimpiadada iştirak edəcək komanda formalaşdı. Komandanın yüksək səviyyədə hazırlığını təmin etmək üçün onlar Polşa və İranda digər ölkələrin komandaları ilə birlikdə təlim-məşq mərhələsindən keçdilər”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Ceyhun-Bayramov   Təhsil-Nazirliyi  





Xəbər lenti