Olimpiadada 3 tapşırıq üçün 5 saat vaxt veriləcək

Olimpiadada 3 tapşırıq üçün 5 saat vaxt veriləcək
  05 Avqust 2019    Oxunub:1995
"31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) ilk müsabiqə günündə iştirakçılara 3 tapşırığın veriləcəyi gözlənilir. Onların cavablandırılması üçün iştirakçılara 5 saat vaxt veriləcək"
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov olimpiadanın açılışına həsr olunan mətbuat konfransında deyib. Onun sözlərinə görə, avqustun 8-də müsabiqənin ikinci günü olacaq:

"Həmin gündə də 3 tapşırıq üçün 5 saat vaxt veriləcək. Böyük ehtimalla, avqustun 8-də günün sonuna yaxın nəticələr təsdiq ediləcək, avqustun 9-da nəticələr açıqlanacaq".

C.Bayramov qeyd edib ki, olimpiada sualları beynəlxalq elmi komitə tərəfindən hazırlanır, suallara yüksək səviyyəli mütəxəssislər tərəfindən dəfələrlə baxılır: "Ona görə də suallarla bağlı problemin, yaxud texniki problemin olması ehtimalı çox azdır. Olarsa da, bununla bağlı beynəlxalq təşkilat komitəsi rəy verəcək".

Nazir əlavə edib ki, Azərbaycanda beynəlxalq olimpiada fənlərindən başqa digər fənlər üzrə də respublika olimpiadaları keçirilir: "Azərbaycanda 8 fənn üzrə respublika olimpiadası keçirilir. Şagirdlərin olimpiadaya cəlbi, eyni zamanda istedadlı uşaqları daha erkən yaşda aşkarlamaq üçün respublika fənn olimpiadalarından əlavə, ölkədə respublika fənn müsabiqələri də keçirilir".

Aytən Zəhra
Azvision.az




Teqlər: Təhsil-Nazirliyi   Olimpiada   Ceyhun-Bayramov  





Xəbər lenti