Rusiyada hərbi bazada partlayış: Xəsarət alanlar var

Rusiyada hərbi bazada partlayış:    Xəsarət alanlar var
  05 Avqust 2019    Oxunub:1929
Rusiyanın Krasnoyarsk vilayətində yerləşən hərbi bazanın artilleriya anbarında partlayış baş verib.
Azvision.az "TASS"a istinadən xəbər verir ki, Açinsk rayonunda yerləşən hərbi hissənin ərazisindəki anbarda qeydə alınan partlayışdan sonra yanğın başlayıb.

Artıq 4 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya aparılıb. Hazırda yerli sakinlər ərazidən təxliyə olunur. Yanğın baş verən əraziyə yanğınsöndürən və təcili yardım maşınları cəlb edilib.

Partlayış baş verən anbarda 45 min mərminin olduğu bildirilir.

Azvision.az


Teqlər: Rusiya   Hərbi-baza  





Xəbər lenti