Qərb və Rusiya Sarkisyanı “sildilər”- TƏHLİL

Qərb və Rusiya Sarkisyanı “sildilər”- TƏHLİL
  03 Dekabr 2013    Oxunub:4504
Hər kəsin qarşısında diz çökə-çökə və hər kəsə alçaq dağlar vəd edə-edə Qərblə Rusiya arasında qaldı. İndi ora-bura atılan futbol topuna bənzəyir. Sarkisyan elə bilirdi ki, geosiyasi “gəzinti”, daha dəqiq desək geosiyasi “avaraçılıq”və prinsipsizlik ona “Sarkisyan atır... və qol” oyunu oynamaq imkanı verəcək, lakin heç də belə olmadı. “ Hansı qapıya qol vurum bura , yoxsa ora ...” deyə-deyə bütün variantlardan da oldu.

Avropa İttifaqı ilə Assosasiya Sazişindən imtina edərək, işıq sürətindən də ani bir qərarla Gömrük İttifaqına qoşulmaq istəyini bəyan edən Serj Sarkisyan Vaşinqton və Brüsseldə etimadını itirdi. Heç Moskva ilə korlanmış əlaqələrini də əməlli-başlı düzəldə bilmədi.

Qərb və Rusiya onu istifadə müddəti bitmiş bir “mal” kimi “spisat” etdilər. Açaldığını hiss etsə də Sarkisyan başını dik tutdu. “Mən böyük Ermənistanın prezidentiyəm, hara girəcəyimə özüm qərar verirəm. Mənə heç kim təzyiq göstərmədi dedi”.

Məlum olduğu kimi, Sarkisyan Avropa İttifaqı qarşısında üzünə üz bağlayıb Vilnüsə, “Şərq Tərəfdaşlığı” sammitinə də getdi. Aylar əvvəl o, Litvanın paytaxtında Avropa İttifaqı ilə assosiativ razılaşma imzalamaq eşqi ilə yanıb tutuşsa da, bu dəfə o, Sammitdə bir dekorativ bəzək əşyası rolunu oynadı. Ümumiyyətlə ora niyə getdiyini heç indiyə qədər başa düşə bilməyib.

Sammitin təşkilatçıları isə ona qarşı münasibətdə “sadəcə mədəniyyətlərini” qorudular.

Belə bir münasibətlə Aİ ilə Assosasiya Sazişi imzalamağı sonraya saxlayan Ukrayna prezidenti Viktor Yanukoviç də qarşılaşdı.

Yerigəlmişkən, Avropa İttifaqı ilə assosiativ müqavilə imzalayan Gürcüstan və Moldova, eləcə də quruma üzv ölkələrlə vizaların sadələşdirilməsinə imza atan Azərbaycan kifayət qədər hörmət-izzətlə yola salındılar.

Bununla yanaşı, Avropa İttifaqı, bir tərəfdaş qismində Serji seçmək qərarının yanlış olduğunu etiraf edir.

Belə görünür ki, Ştefan Füle kimi avrobürokratlar gec də olsa başa düşdülər ki, nahaq yerə özlərini “qərbyönlü” kimi təsdiq etməyənləri və Serjin satın aldığı erməni müxalifətinin nümayəndələrini Vilnüsə dəvət ediblər. Hazırda Sarkisyana işləyən erməni KİV-lərinin məlumatlarından aydın olur ki, bu hal Serjin saray əyanlarını əməlli-başlı qıcıqlandırıb. Baxmayaraq ki, bunu gizlətməyə çalışırlar.

Deyirlər ki, Serj Sarkisyanı “xarab eləyən” Vladimir Putindir. Bir müddət əvvəl Gümrüyə, ardından Yerevana səfər edən Rusiya prezidenti Ermənistanın, xüsusilə də oradakı Rusiya hərbi bazalarının onun üçün önəmli olduğunu, nümayiş etdirdi. Buna baxmayaraq səfər fonunda Putinin Sarkisyanla görüşü təsadüfü hesab olunur. Yəni Putin Ermənistana sadəcə olaraq öz ölkəsinin maraqlarını təmin etmək üçün getmişdi, Serjlə görüşmək üçün yox.

Kremlin mövqeyini dəstkləyənlərin fəal nümayəndəsi Smbat Karapetyanın sözlərinə görə, “Putin Sarkisyandan çox Koçaryan və Ter-Petrosyanla görüşüb, müzakirələr edib, regionla bağlı bir çox məsələlərin həllini onlarla müzakirə edib”.

“...Ermənistanla Rusiya arasında real siyasət daha ciddi və daha sakitdir. Putin heç bir problem olmadan Ermənistana gələ, sakitcə Koçaryanla görüşə bilər. Əgər Putin, Koçaryana və ya Petrosyana nə isə demək istəyirsə deyir. Bunun üçün videokameralara və ya görüntü xətrinə əl sıxmalara ehtiyac yoxdur.

Bir sözlə Sarkisyan bizim üçün bir fiqurdur- prezident fiquru. Odur ki, Putin onunla bir prezident kimi görüşməyə məcburdur. Amma necə deyərlər, canı cəhənnəmə, bizim üçün önəmli olan Ermənistandır.

Sarkisyan “tupikə” dirənibsə, o demək deyil ki, Ermənistan da dalana dirənməlidir” deyə rusiyapərəst erməni Kremlin adından çıxış edir.

Bundan əlavə, Sarkisyan hökuməti yerli camaatın etimadını itirməklə yanaşı ölkəsinin maraqlarını qoruya bilməməkdə ittiham olunur. Bu planda Sarkisyanın Avropa İttifaqı ilə Rusiya arasında davam edən futbol maçında oynadığı oyunda topu hara vurum “ bu qapiya, yoxsa o qapıya” sualına cavab tapınca özü bir futbol topuna çevrildi. O qədər təpikləndi ki, artıq yararsız hala düşdüyündən tərəflər topu dəyişməyi düşünürlər. Və ya artıq dəyişiblər. Matç artıq başlayıb. “Yeni top” isə hələ hazir olmadığından final oyunu Vilnüs Sammitində 2014-cü ilin martınadək təxirə salındı.

Səbinə Həsənova
AzVison.az



Teqlər:  





Xəbər lenti