Türkiyə yenidən Suriyada əməliyyata başlayır

   Türkiyə yenidən Suriyada əməliyyata başlayır
  06 Avqust 2019    Oxunub:2412
Türkiyə tezliklə Suriyanın şimalında sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün yeni bir əməliyyata başlayacaq.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada "Habertürk"ün efirində çıxışı zamanı bildirib.

"Türkiyə cənub sərhədlərindəki artan təhlükəni müttəfiq silahları ilə neytrallaşdırmayana qədər özünü təhlükəsiz hiss edə bilməz. Ümid edirəm ki, çox keçmədən həyata keçirdiyimiz plana uyğun olaraq hərbi əməliyyatların yeni bir mərhələsinə keçəcəyik. Türkiyənin təhlükəsizliyi həm NATO-nun, həm də bütün bölgənin təhlükəsizliyidir."

Azvision.az



Teqlər: Ərdoğan   Suriya  





Xəbər lenti