Dövlət qulluğuna sınaq imtahanı keçiriləcək

Dövlət qulluğuna sınaq imtahanı keçiriləcək
  06 Avqust 2019    Oxunub:1695
Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiriləcək.
DİM-dən Azvision.az -a verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 9 avqustda keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər.

İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat 9 avqust saat 9:00-da başa çatacaq.

Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 36 manatdır.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti