Axtarışda olan daha bir terrorçu zərərsizləşdirildi

Axtarışda olan daha bir terrorçu zərərsizləşdirildi
  07 Avqust 2019    Oxunub:1648
Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı “Harun” ləqəbli Miktad Örde adlı terrorçu zərərsizləşdirilib.
Azvision.az xəbər verir ki, axtarışda olan terrorçunu Türkiyənin Hakkari bölgəsində zərərsizləşdirmək mümkün olub. Həmçinin, əməliyyat nəticəsində Miktad Ördeyə köməklik etməkdə şübhəli bilinən daha bir terrorçu ələ keçirilib.

Qeyd edək ki, Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən Miktad Ördenin tapılması üçün 300 min türk lirəsi pul mükafatı ayrılmışdı.

Azvision.az



Teqlər: Türkiyə   Terror  






Xəbər lenti