Ermənistan Naxçıvanla sərhəddə hasar çəkməyə hazırlaşır

   Ermənistan Naxçıvanla sərhəddə hasar çəkməyə hazırlaşır
  07 Avqust 2019    Oxunub:2970
Ermənistanın müdafiə naziri David Tonoyan bu gün Beynəlxalq Qırmızı Xaç komitəsinin İrəvan nümayəndəliyinin rəhbəri Kleyr Meytronla görüşüb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, görüşdə təşkilat rəhbəri Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan istiqamətində müdafiə hasarlarının tikilməsini təklif edib.

Məlumata görə, görüşdə tərəflər Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində son vaxtlar artan gərginliyi müzakirə ediblər. Kleyr Meytro bildirib ki, komitə Ermənistanın müvafiq strukturları ilə risklərin azaldılmasına dair pilot proqram həyata keçirməyə hazırdır.

Belə ki, sözügedən layihə məktəblərin, uşaq bağçalarının və daha çox atəş altında qalan sahələrin ətrafında müdafiə hasarlarının çəkilməsini, eləcə də əhali arasında məlumatlandırma aparılmasını nəzərdə tutur.

Azvision.az



Teqlər: Ermənistan   Naxçıvan  





Xəbər lenti