Atambayev təslim olmaq istəmir: Nə baş verir? - VİDEO (YENİLƏNİB)

Atambayev təslim olmaq istəmir: Nə baş verir? -  VİDEO (YENİLƏNİB)
  08 Avqust 2019    Oxunub:13316
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevlə bağlı müxtəlif xəbərlər yayılmaqdadır. Əvvəlcə onun xüsusi təyinatlılar tərəfindən saxlanıldığı bildirilsə də, bu məlumat öz təsdiqini tapmayıb.
Azvision.az xəbər verir ki, Atambayevin hazırda evində olduğu bildirilir. Bu dəqiqələrdə yayılan digər məlumata görə, eks-prezident təslim olmaq niyyətində deyil və silahlılara müqavimət göstərir.

Onun evinin ətrafına yığışan 300-ə yaxın tərəfdarı ilə xüsusi təyinatlılar arasında qarşıdurma davam edir. Ərazidən atışma səsləri eşidilir. Hər iki tərəfdən yaralıların olduğu, hətta bir nəfərin öldüyü deyilir.

"RİA Novosti" isə yaralı sayının 15 nəfər olduğunu yazıb. Qeyd edilib ki, Koy-Taşe kəndində yerləşən iqamətgaha hücum nəticəsində azı 15 nəfər xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.

Rəsmi qurumlar isə hələlik susmağa çalışırlar, indiyədək baş verənlərlə bağlı ictimaiyyətə heç bir açıqlama verilməyib.



***
Qırğızıstanın sabiq prezident Almazbek Atambayevin həbs olunması üçün əməliyyat keçirilib.

Azvision.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Bildirilib ki, xüsusi təyinatlılar sabiq prezidentin Bişkek şəhəri yaxınlığında yerləşən iqamətgahına daxil olmağa çalışıblar. Atambayevin tərəfdarları buna qarşı çıxıblar. Nəticədə qarşıdurma yaşanıb. İqamətgaha gedən bütün yollar bağlanıb. Ərazi nəzarətə götürülüb.



Xüsusi təyinatlılar rezin güllələrdən və səs qumbaralarından istifadə ediblər, evin üzərində helikopterlər peyda olub. Əməliyyat zamanı bir neçə nəfərin yaralandığı deyilir. Yaralılardan biri jurnalistdir.



Yayılan son məlumatlara görə, Atambayev artıq saxlanılıb. Xüsusi təyinatlılar onu yaşadığı evdən çıxararaq naməlum istiqamətdə aparıblar. Lakin bu məlumat hələlik rəsmi təsdiqini tapmayıb.

Azvision.az


Teqlər: Qırğızıstan   Atambayev   Bişkek  





Xəbər lenti