İnternatda oxuyan 207 nəfər tələbə oldu - İkisi Prezident təqaüdü alır

  İnternatda oxuyan 207 nəfər tələbə oldu -    İkisi Prezident təqaüdü alır
  08 Avqust 2019    Oxunub:7757
2017/2018-ci tədris ilində internat məktəbləri və internat tipli təhsil müəssisələrindən 11-ci siniflər üzrə 549 nəfər məzun olub. Onlardan 207 nəfər ali təhsil müəssisələrinə, 48 nəfər orta ixtisas təhsili müəssisələrinə, 23 nəfər isə peşə məktəblərinə qəbul olunublar.
Təhsil Nazirliyindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, 9-cu siniflər üzrə 964 nəfər məzundan 85 nəfəri orta ixtisas təhsil müəssisələrinə, 105 nəfər isə peşə məktəblərinə qəbul olunub.

"Ali məktəbə qəbul olunan şagirdlərdən 2 nəfər yüksək bal toplayaraq Prezident təqaüdü alıb. Daha bir məzun isə 695 bal toplayıb".

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil-Nazirliyi   Tələbə  





Xəbər lenti