General xidməti müşavirə keçirdi - FOTOLAR
İdarə, şöbə və bölmələrin xidməti fəaliyyətini qiymətləndirən general-leytenant Arzu Rəhimov Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilmiş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Xidmət rəisi xüsusi vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Xidmətin qarşısında qoyduğu tapşırıqların yüksək səviyyədə icra edilməsi məqsədilə hər bir zabit, gizir, əməkdaş xidməti fəaliyyətinin yüksəldilməsi istiqamətində əlindən gələni əsirgəməməlidir. Xidmət rəisi bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında həyata keçirilən uğurlu islahatlar nəticəsində bütün sahələrdə olduğu kimi SHXÇDX-də idarəetmə müasir dövrün tələblərinə uyğunlaşdırılır.
Xidmət rəisi vətəndaşların qəbulu və müraciətlərinə baxılması, vətəndaşların problemlərinə qayğı ilə yanaşılması, vətəndaş məmnunluğunun təmin olunması işinin davam etdirilməsinin zəruriliyini qeyd edib. Məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına əməl olunmasının vacibliyi bir daha vurğulanıb. Müşavirədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində yol verilmiş nöqsanlar təhlil edilib, çatışmazlıqların aradan qaldırılması və gələcəkdə təkrarlanmamasına dair göstərişlər verilib. Müşavirəyə yekun vuran general-leytenant Arzu Rəhimov görüləcək işlər və xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunması barədə tapşırıqlarını verərək bildirib ki, qurumun hər bir əməkdaşı bundan sonra da üzərinə düşən vəzifələrini şərəf və ləyaqətlə yerinə yetirməlidir.
Azvision.az
Teqlər: SHXÇDX