Hindistanda ölü sayı 95 nəfərə çatıb - Yenilənib

Hindistanda ölü sayı 95 nəfərə çatıb -  Yenilənib
  10 Avqust 2019    Oxunub:3103
Hindistanın Kerala, Maharaştra və Karnatara ştatlarında leysan yağışları azı 95 nəfərin həyatına son qoyub.
Azvision.az xəbər verir ki, bu barədə Reuters informasiya agentliyi məlumat yayıb. Bildirilir ki, daşqından zərər çəkmiş bölgələrdə yaşayan 100 mindən çox insan təxliyə edilib.

Kerala ştatının bəzi bölgələrində ən yüksək təhlükə səviyyəsi elan edilib, məktəblər bağlanıb. Ştatın ən böyük Kocin Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb.

***
09:10


Hindistanın Kerala ştatında davam edən leysan yağışları nəticəsində 42 nəfər ölüb. Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, daşqından zərər çəkmiş bölgələrdə yaşayan 100 mindən çox insan təxliyə edilib, 27 nəfər yaralanıb, 7 sakin isə itkin düşüb.

Hindistan Meteorologiya Departamenti leysan yağışların avqustun 14-dək davam edəcəyini açıqlayıb.

Azvision.az



Teqlər: Hindistan  





Xəbər lenti