Tbilisidə 15 min abonent qazsız qalıb

Tbilisidə 15 min abonent qazsız qalıb
  04 Dekabr 2013    Oxunub:1282
Bu gün Tbilisidə şəhər qaz kəmərində baş verən qəza nəticəsində 15 min abonent qazsız qalıb.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, Tbilisi Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, qaz kəmərində qəza güclü küləyinin ağacı yıxması nəticəsində olub.

Yekunda qaz güclü təzyiq altında çıxmağa başlayıb. Zərər görmüş qaz kəmərinin yanındakı uşaq bağçasındakı uşaqlar və əməkdaşlar təcili olaraq təxliyyə edilib.

Qəza xidməti əməkdaşları hadisə yerinə gəlsə də, qazın verilişinin nə vaxt bərpa ediləcəyi hələlik bilinmir.

Qeyd edək ki, bu gün Tbilisidə hava kəskin soyuyub və temperatur +15 dərəcədən 0-dək enib.

Qasırğa, eyni zamanda, Gürcüstanın qərbində içərisində türkiyəli turistlərin olduğu sərnişin avtobusuna da ziyan vurub. Belə ki, Rikoti aşırımında avtobusun üzərinə yarım tonluq qaya düşüb, nəticədə iki türkiyəli turist xəsarət alıb.

Sinoptiklər isə axşamadək küləyin sürətinin azalacağını vəd edirlər. Lakin əlverişsiz hava şəraiti dekabrın 5-dək davam edəcək.


Teqlər:  





Xəbər lenti