İranda qum fırtınası, 465 nəfər yaralanıb

İranda qum fırtınası, 465 nəfər yaralanıb
  10 Avqust 2019    Oxunub:2176
İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətlərində baş verən qum fırtınasının yaratdığı fəsadlar səbəbindən azı 465 nəfər tibbi yardım üçün müraciət edib.
Azvision.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb. 127 nəfər xəstəxanaya yerləşdirilib, digərləri ambulator əsaslarla müalicə olunub.

Qeyd olunub ki, son bir neçə gündə əyalətdə qum fırtınası müşahidə edilir, küləyin sürəti 70 m/s çatır.

Azvision.az



Teqlər: İran  





Xəbər lenti