İran neftin ixracını artıracaq

İran neftin ixracını artıracaq
  04 Dekabr 2013    Oxunub:1300
İran sanksiyalar götürüldükdən dərhal sonra neftin ixracını artıracaq.
Tehrana qarşı tətbiq olunan beynəlxalq sanksiyalar götürüldükdən dərhal sonra İran neftin ixracını gündəlik 4 mln. barelədək artıra biləcək. AzVision.az.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, müvafiq bəyanatla ötən gün Vyanada, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEK) toplantısından öncə İranın neft naziri Bican Zanqaneh bəyan edib.

Xatırladaq ki, Tehran və “altılıq” ölkələrinin XİN rəhbərləri arasında Cenevrədə əldə olunan razılaşmaya əsasən, İran nüvə proqramı çərçivəsində fəaliyyətini səngitməli, beynəlxalq ekspertləri daha ciddi yoxlamalara buraxmalıdır, İrana qarşı tətbiq edilən iqtisadi sanksiyaları isə zəiflətmək planlaşdırılır.


Teqlər:





Xəbər lenti