Qırğızıstandakı iğtişaşlarda 136 nəfər yaralanıb

   Qırğızıstandakı iğtişaşlarda 136 nəfər yaralanıb
  11 Avqust 2019    Oxunub:1852
Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin tutulması ilə əlaqədar baş verən iğtişaşlarda 136 nəfər yaralanıb.
Azvision.az Qırğızıstan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, onların əksəriyyəti evə buraxılsa da, ciddi xəsarət alanların müalicəsi davam edir.

Çuy vilayətinin Daxili İşlər İdarəsinin rəisi Samat Kurmankulov hələ də komadadır.

Xatırladaq ki, Almazbek Atambayev avqustun 8-i axşam hökumət qüvvələrinə təslim olub və avqustun 26-dək Dövlət Təhlükəsizliyi Komitəsinin istintaq təcridxanasında saxlanılması ilə bağlı qərar qəbul edilib.

Almazbek Atambayev korrupsiya, “qanuni oğru” Əziz Butukaevin qanunsuz azadlığa buraxılması, vəzifədən sui-istifadə, torpaq sahəsini qanunsuz əldə etmək və digər maddələrlə ittiham olunur.(AzərTAc)

Azvision.az


Teqlər: Qırğızıstan   İğtişaş  





Xəbər lenti