AFFA "Neftçi"nin futbolçusunu qismən bağışladı

AFFA "Neftçi"nin futbolçusunu qismən bağışladı
  04 Dekabr 2013    Oxunub:1199
Dekabrın 3-ü AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib.

AzVision.az xəbər verir ki, iclasda "Neftçi" PFK-nın futbolçusu Flavio Aleks Valensio barədə müraciətə baxılıb.

Müzakirələrdən sonra AFFA İntizam Komitəsinin Flavinyo barədə çıxardığı 26.11.2013-cü il tarixli qərarın qismən dəyişdirilməsi barədə qərar qəbul olunub. Futbolçu intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılır, digər 1 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunur.

6 aylıq sınaq müddəti ərzində Flavinyo analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.


Teqlər:





Xəbər lenti