Türkiyə, Rusiya və İran prezidentləri görüşəcək

  13 Avqust 2019    Oxunub : 971
 Türkiyə, Rusiya və İran prezidentləri görüşəcək
Türkiyə, Rusiya və İran prezidentlərinin növbəti üçtərəfli görüşü sentyabrda Ankarada baş tutacaq.

Azvision.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O vurğulayıb ki, görüşün Suriyanın konstitusiya komitəsinin yaradılması işlərinin yekunlaşması ilə sinxronizasiya halında baş verib-verməyəcəyindən danışmaq hələ tezdir. Peskov görüş üçün hazırlıqların davam etdiyini deyib.

Azvision.az

Teqlər: Türkiyə   Rusiya   İran   Görüş