Avropa Ukrayna ilə danışıqlardan imtina etdi

Avropa Ukrayna ilə danışıqlardan imtina etdi
  04 Dekabr 2013    Oxunub:1432
Avropa İttifaqı Ukrayna ilə assosiasiya üzrə yeni danışıqlara başlamaqdan imtina edib.

Avropa diplomatları bəyan ediblər ki, razılaşma sənədi üzrə heç bir yeni danlşlqlara başlamaq istəmirlər. Buna baxmayaraq sazişin yerinə yetirilməsi üzrə bütün detalları, eləcə də bu razılaşmanın Ukrayna üçün əhəmiyyətini müzakirə etməyə hazır olduqlarını bildiriblər. Bu barədə Azvision.az Ukrayna mətbuatına istinadən məlumat verir.

Qeyd edək ki, noyabrın 21-dən Ukraynada avrointeqrasiya tərəfdarlarının mitinqi keçirilir. Ukrayna hökumətinin Avropa İttifaqı ilə assosiativ saziş imzalama üzrə hazırlıq işlərinin dayandırıldığını elan etməsindən sonra dinc aksiyalar hökumətə qarşı kütləvi etiraz aksiyalarına çevrildi. Hazırda avropapərəst ukraynalılar prezidentin istefası və növbədənkənar prezident və parlament seçkiləri keçirilməsi tələbi ilə nümayişlərə davam edirlər.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti