Dünyada 150 milyondan çox uşaq əmək köləsidir

  14 Avqust 2019    Oxunub : 754
Dünyada 150 milyondan çox uşaq əmək köləsidir
Dünyada 150 milyondan çox uşaq əmək köləsidir. Bu, dünyada hər 10 uşaqdan biri deməkdir.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bunu BMT-nin müasir köləliyə dair xüsusi məruzəçisi Urmila Bholi deyib. Onun sözlərinə görə, uşaqların istismarına əsasən narkotik ticarətində və erkən nikahlarda rast gəlinir.

O həmçinin əlavə edib ki, inkişaf etmiş ölkələrdə belə 5-17 yaş aralığında hər 4 uşaqdan biri öz sağlamlığına zərər vurur.

Onun sözlərinə görə, Afrika uşaq əməyinə görə Asiya-Sakit Okean regionunu yüksək göstəricilərlə üstələyir.

Azvision.az

Teqlər: BMT   Uşaq   Əmək   Kölə