Azərbaycan Rusiyaya nota verib

   Azərbaycan Rusiyaya nota verib
  15 Avqust 2019    Oxunub:2887
Azərbaycanın Rusiyadakı Səfirliyi Pyatiqorsk şəhərində keçirilən "Maşuk-2019" Forumunda baş vermiş insidentlə bağlı məlumat yayıb.

Azvision.az xəbər verir ki, baş vermiş hadisə ilə bağlı səfirlik Rusiyanın Xarici İşlər Nazirliyinə rəsmi nota ünvanlayıb.
Məlumatda bildirilir ki, bu ilin 9 avqust tarixindən Rusiyanın Pyatiqorsk şəhərində “Maşuk-2019” Şimali Qafqaz Gənclər Forumu öz işinə başlayıb.

Forum çərçivəsində Ermənistanın Rusiyadakı səfirinin tədbir iştirakçıları ilə keçirilən görüşü zamanı o, Azərbaycana, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yolverilməz fikirlər səsləndirib ki, bu da Forumda iştirak edən “Gənclərin Bakı klubu” ictimai birliyinin sədri Sabir Rüstəmovun haqlı etirazına səbəb olub və xoşagəlməz insident baş verib.

"Bununla bağlı S.Rüstəmov səfirliyə müraciət ünvanlayaraq hadisənin mahiyyətini açıqlayıb və səfirlikdən dəstək istəyib. Məsələnin ciddiliyini, Azərbaycan ictimaiyyətində doğurduğu əks-sədanı nəzərə alaraq, səfirlik Rusiyanın Xarici İşlər Nazirliyinə rəsmi nota ünvanlayıb.

Bundan əlavə, səfir Polad Bülbüloğlu, daha öncə əldə olunmuş razılığa baxmayaraq, Pyatiqorsk şəhərinə səfərdən, yuxarıda qeyd olunan Forumda iştirakdan və planlaşdırılmış görüşlərdən imtina edib".

Azvision.az



Teqlər: Azərbaycan   Rusiya   Səfirlik  





Xəbər lenti