Ermənistan da peyk buraxmaq istəyir
Qurumun maliyyə və iqtisadi işlər üzrə sədr müavini Denis Nikolayev Ermənistana yadım edəcəklərini bildirib.
“Biz Ermənistanın telekommunikasiya peykinin həm layihəsini, həm də icrasını həyata keçirməyə hazırıq. Peykin üçün orbitdə kommersiya gəlirləri gətirəcək bir mövqe seçə bilərik. Bundan əlavə, “İnformasiya peykləri sistemi” ASC həm təktipli, həm də qrup halında peykləri orbitə göndərmək təcrübəsinə malikdir. Ermənistana layihə xərclərinin azaldılması məqsədilə qrup halında peyklərə üstünlük verməyi məsləhət görürük”.
Qurum rəsmisi peykin orbitə “Proton” yaxud “Zenit” daşıyıcısı ilə çıxarılacağını bildirib.
Xatırladaq ki, Ermənistan “Armsat” telekommunikasiya peykinin orbitə buraxılması üçün Almaniya və Kanada ilə də danışıqlar aparır.
Vüqar İsmayılov
AzVision.az
Teqlər: