550-dən çox bal topladılar, amma qəbul ola bilmədilər

 550-dən çox bal topladılar, amma qəbul ola bilmədilər
  15 Avqust 2019    Oxunub:5714
Bu il ali məktəblərə qəbul imtahanında bəzi abituriyentlər yüksək bal toplasa da, düzgün seçim etmədiyi üçün tələbə adını qazanmayıb.

Təhsil eksperti Kamran Əsədov Azvision.az -a açıqlamasında deyib ki, III və IV ixtisas qruplarında 550-dən yuxarı bal toplayan 2 nəfər tələbə ola bilməyib.
“III ixtisas qrupunda 580-dən çox bal toplayan bir abituriyent, IV ixtisas qrupunda isə 550-dən çox toplayan bir abituriyent ali məktəbə qəbul ola bilməyib. III ixtisas qrupunda 400-dən çox bal toplayan 63 nəfər, 300-dən çox bal toplayan 453 nəfər, IV ixtisas qrupunda 400-dən çox bal toplayan 15 nəfər abituriyent ali məktəblərə qəbul ola bilməyib”.

K.Əsədov qeyd edib ki, qəbulda ən az kəsilənlər I və II ixtisas qruplarına aiddir: “200-dən çox bal toplayan I ixtisas qrupunda 8 nəfər, II ixtisas qrupunda 28 nəfər, IV ixtisas qrupunda 37 nəfər tələbə adını qazana bilməyib”.

Aytən Zəhra
Azvision.az



Teqlər: İmtahan   Qəbul   Tələbə  





Xəbər lenti