3728 nəfərin müəllim olmaq şansı var

3728 nəfərin müəllim olmaq şansı var
  15 Avqust 2019    Oxunub:1505
Avqustun 19-23-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bu mərhələdə vakant yer tutmuş 3728 nəfərin iştirakı gözlənilir.

Müsahibə mərhələsinin qrafiki barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Namizədlər miq.edu.az/musahibeler linki vasitəsilə müsahibə mövzuları ilə tanış ola bilərlər.

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək.

Azvision.az



Teqlər: Təhsil-Nazirliyi   Müəllim  





Xəbər lenti