Qağayılarla toqquşan təyyarədə 76 nəfər yaralanıb

Qağayılarla toqquşan təyyarədə 76 nəfər yaralanıb
  16 Avqust 2019    Oxunub:1635
Rusiyanın paytaxtı Moskva şəhərinin yaxınlığında “Ural Airlines” təyyarəsinin təcili eniş etməsi nəticəsində xəsarət alanların sayı 76 nəfərə çatıb.
Azvision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, xəsarət alanlardan 19-u uşaqlardır. Bir nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bu gün Moskvadan Simferopola uçan “Airbus A321” təyyarəsi havaya qalxarkən qağayı sürüsü ilə toqquşub. Quşların mühərrikə düşməsi uçuşa mane olub. Bu səbəbdən pilotlar təcili eniş etmək qərarına gəliblər. Hadisə zamanı təyyarədə 226 sərnişin və 7 heyət üzvü olub.

Azvision.az



Teqlər: Rusiya   Təyyarə  





Xəbər lenti