Baş nazirdən doktorantura ilə bağlı yeni qərar

   Baş nazirdən doktorantura ilə bağlı  yeni qərar
  16 Avqust 2019    Oxunub:2973
Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli qərarı ilə təsdiqlənmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilib.
Azvision.az xəbər verir ki, bununla bağlı Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərara əsasən, Elm və Təhsil Mərkəzi “Təfəkkür“ Universiteti (fəlsəfə doktoru üzrə) “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın “Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə” bölməsindən çıxarılıb. Naxçıvan Müəllimlər İnstitutu (fəlsəfə doktoru üzrə) isə “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın “Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə” bölməsinə daxil edilib.

Azvision.az



Teqlər: Nazirlər-Kabineti   Doktorantura   Dəyişiklik  





Xəbər lenti