Atambayevin həyat yoldaşına cinayət işi açılacaq

  16 Avqust 2019    Oxunub : 845
Atambayevin həyat yoldaşına cinayət işi açılacaq
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin həyat yoldaşı Raisa Atambayevaya qarşı cinayət işi açılacaq.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Raisa Atambayeva özü jurnalistlərə açıqlamasında bildirib. Onun nədə ittiham olunması, Cinayət Məcəlləsinin hansı maddəsi ilə iş açılacağı bilinmir. Ölkənin sabiq birinci xanımı həbs olunacağından ehtiyat edir.

Qeyd edək ki, Almazbek Atambayev korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub.

Azvision.az

Teqlər: Atambayev