Putinin reytinqi kəskin düşdü

Putinin reytinqi kəskin  düşdü
  04 Dekabr 2013    Oxunub:1217
Tarixdə ilk dəfədir ki, Vladimir Putinin reytinqi bu qədər aşağı düşüb
“Levada –mərkəzinin apardığı sorğunun nəticələri belə deməyə imkan verir. Sosioloqların “üzümüzə gələn bazar günü prezident seçkiləri keçirilsəydi kimə səs verərdiniz” sualına sorğuda iştirak edənlərin yalnız 47%-i Vladimir Putinin adını çəkib. 2011-ci ilin noyabrında isə 55 % ruslar Putini seçmişdi.

Putinin ən yüksək reytinqi 2002-ci ildə qeydə alınıb, o zaman onun lehinə 70% insan səs vermişdi.

“Yuriy Levada mərkəzinin mütəxəssislərinin 1999-cu ildən bu günə kimi keçirdiyi sorğuların nəticələri ilə müqayisədə 2013-cü ilin göstəriciləri ən aşağı olub.

Vladimir Putindən fərqli olaraq KPRF lideri Qennadiy Züqanovun reytinqi artıb. 2011-ci ildə 11% səs qazanan Züqanova 2013-cü ilin noyabr ayında 17 % rusiyalı səsə verib.

Səbinə Həsənova
Azvision.az



Teqlər:





Xəbər lenti