Lavrov: NATO Cənubi Qafqazda yeni reallıqları tanımalıdır

Lavrov: NATO Cənubi Qafqazda yeni reallıqları tanımalıdır
  04 Dekabr 2013    Oxunub:1105
Sergey Lavrov Rusiyanın Gürcüstanla əlaqələri və Cənubi Osetiya və Abxaziya ətrafında vəziyyətlə bağlı danışıb
NATO Cənubi Qafqazda yeni reallıqları tanımalıdır. AzVision.az-ın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bu bəyanatla Brüsseldə səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib. O Rusiyanın Gürcüstanla əlaqələri və Cənubi Osetiya və Abxaziya ətrafında vəziyyətlə bağlı sualları cavablandırıb.

“Rusiya üçün bunlar – yeni dövlətlərdir. Bu Cənubi Qafqazda yeni reallıqdır və bu tanınmalıdır”, - deyə o qeyd edib. Onun sözlərinə görə, Qərb artıq bu rellığı dərk etməyə başlayıb, çünki “Cenevrədəki məsləhətləşmələrdə Cənubi Osetiya və Abxaziya təmsilçiləri Gürcüstan, Rusiya və ABŞ nümayəndələri ilə bir yerdə otururlar”.

“Onların sərhədlərində tikanlı məftilə gəlincə, sərhədlər mühafizə olunmaldır və bəzi qızğın beyinlər tədricən soyuduqca, ola bilsin ki, gələcəkdə heç məftilə də ehtiyac qalmayacaq”, - deyə Rusiya XİN başçısı əlavə edib.

Rusiyanın Gürcüstanla münasibətlərinə toxunan Lavrov rəsmi Moskvanın onları yaxşılaşdırmaq niyyətində olduğunu bildirib və iki ölkə xalqlarının tarixi təmaslarının mövcudluğunu önə çəkib.


Teqlər:  





Xəbər lenti