Odessada otel yandı, 8 nəfər öldü - VİDEO

  17 Avqust 2019    Oxunub : 1545
 Odessada otel yandı, 8 nəfər öldü - VİDEO
Ukraynanın Odessa şəhərində yerləşən “Tokyo Star” otelində yanğın baş verib.

Azvision.az TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 8 nəfər ölüb, 10 nəfər yaralanıb. Yanğın gecə saatlarında başlayıb, 1000 kvadrat metr sahəni əhatə edib. Əraziyə 65 xilasedici və 13 texnika cəlb olunub.
Yanğının başvermə səbəbləri hələlik məlum deyil. Araşdırma aparılır.



Azvision.az

Teqlər: Odessa   Yanğın   Otel