10 minədək abituriyent elektron ərizəsini təsdiqləyib

10 minədək abituriyent elektron ərizəsini təsdiqləyib
  17 Avqust 2019    Oxunub:1706
Ali təhsil müəssisələrinin və 11 illik bazadan orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi aparılır.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a verilən məlumata görə, avqustun 17-si saat 10:40-dək olan göstəricilərə əsasən, I ixtisas qrupu üzrə 53, II qrup üzrə 607, III qrup üzrə 17, IV qrup üzrə 116, V qrup üzrə 13 nəfər ərizəsini təsdiqləyib.

Onbirillik bazadan orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olunmaq üçün ümumilikdə 9200 nəfər ərizəsini təsdiqləyib.

Xatırladaq ki, ixtisas seçimi avqustun 19-dək davam edəcək. Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlər üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

Azvision.az



Teqlər: DİM   Abituriyent  





Xəbər lenti