Fransada atəşfəşanlıq zamanı 13 nəfər yaralandı

Fransada atəşfəşanlıq zamanı 13 nəfər yaralandı
  17 Avqust 2019    Oxunub:1910
Fransanın Kolyur şəhərində atəşfəşanlıq zamanı xoşagəlməz hadisə baş verib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, fişəng partlaması nəticəsində 13 nəfər yanıq xəsarəti alıb. Yaralılardan 3 nəfəri xəstəxanaya yerləşdirilib. Digərlərinə hadisə yerində ilkin yardım göstərilib. Əraziyə 5 təcili yardım maşını və 30 xilasedici cəlb edilib.

Azvision.az



Teqlər: Fransa  





Xəbər lenti