Rusiyada avtobus qəzası: Ölən və xeyli yaralı var

  17 Avqust 2019    Oxunub : 1100
Rusiyada avtobus qəzası: Ölən və xeyli yaralı var
Rusiyanın Perm şəhərində sərnişin avtobusu qəzaya uğrayıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, avtobusun divara çırpılması nəticəsində 1 nəfər həlak olub, 32 nəfər xəsarət alıb. Yaralılardan 10-u uşaqdır.

İlkin məlumata əsasən, qəzaya səbəb avtobusdakı nasazlıq olub. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Rusiya   Avtobus   Qəza