Toyda partlayış, ölü sayı 60-dan çoxdur - Yenilənib
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, yaralıların sayı 182 nəfərdir. Onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir. Bu səbəbdən ölü sayının artacağı istisna edilmir.
***
Əfqanıstanın paytaxtı Kabildə keçirilən toy mərasimində dəhşətli partlayış baş verib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 40-dan çox insan ölüb, azı 100 nəfər yaralanıb. Əraziyə xeyli sayda xilasedici və təcili yardım briqadaları cəlb olunub.
İlkin məlumata əsasən, partlayışı terrorçu-kamikadze törədib. Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Azvision.az
Teqlər: Əfqanıstan Toy Mərasim