Türkiyədə avtobus qəzası - 37 yaralı

  18 Avqust 2019    Oxunub : 676
Türkiyədə avtobus qəzası - 37 yaralı
Türkiyədə sərnişin avtobusu ağır tonnajlı yük avtomobili ilə toqquşub.
Azvision.az xəbər verir ki, hadisə Bolu dağ ilə Ankara arasındakı şosedə baş verib. Qəza nəticəsində 37 nəfər yaralanıb. Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Qəzanın səbəbləri araşdırılır.

Azvision.az

Teqlər: Türkiyə   Qəza