Müdafiə Nazirliyi: “Bu kimi xəbərlər gülüş doğurur”

    Müdafiə Nazirliyi:    “Bu kimi xəbərlər gülüş doğurur”
  18 Avqust 2019    Oxunub:3067
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan mətbuatının yaydığı xəbərə münasibət bildirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a bildirilib ki, təbliğat məqsədilə yayılan bu xəbərin heç bir əsası yoxdur:

“Tam fərqli olaraq Azərbaycan Ordusunun bölmələri cəbhənin bütün istiqamətlərində düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır, vizual və xüsusi texniki müşahidə vasitələri ilə izləyir, eləcə də onun istənilən hərəkətinin qarşısını hər an almağa hazırdır. Bu kimi xəbərlər gülüş doğurur. Biz bu cür məlumatlara, onları yayanlara və ələlxüsus inananlara təəssüf hissi ilə yanaşırıq”.

Qeyd edək ki, Ermənistan mətbuatı guya aparılan mühəndis istehkam tədbirləri nəticəsində mövqelərini irəli çəkmələri barədə məlumat yayıb.

Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti