Rusiyanın ilk smartfonu -VİDEO

Rusiyanın ilk smartfonu  -VİDEO
  04 Dekabr 2013    Oxunub:1114
“Rostex” dövlət korporasiyası Rusiyanın baş naziri Dmitriy Medvedevə ilk Rusiya smartfonunu təqdim edib. Korporasiyanın başçısı Sergey Çemezov iki ekranı olan aparatı ölkə hökumətinin sədrinə verib.
Çemezov Medvedevə YotaPhone adlanan smartfonun texniki parametrlərindən danışıb, aparatın Las-Veqasdakı sərgidə birinci mükafata layiq görüldüyünü və patentləşdirilmiş unikal imkanlara malik olduğunu deyib. Telefonun iki ekranı var – biri rəngli, digəri isə - demək olar ki, şarjın olmaması şərti ilə işləyən ağ-qara. Minimal enerji istifadə edən ikinci ekran telefonun bütün funksiyalarını yerinə yetirə bilir.

“Görək, bu telefon şarjı necə saxlayacaq, çünki bu smartfonlar üçün çox vacibdir”, - deyə Medvedev qeyd edib.

Maraqlısı odur ki, Çemezov aparatı xalis Rusiya istehsalı adlandırıb, amma buradaca qeyd edib ki, telefonun bütün detalları xaricdə istehsal olunub, aparatın özü isə Sinqapurda yığılıb. “Əsası, telefonun intellektual hissəsi tam Rusiyaya məxsusdur. Dünyada ikinci belə bir telefon yoxdur”, - deyə o vurğulayıb.

O həmçinin bildirib ki, yeni aparat 18-19 min rubl (430-460 manat) civarında məbləğə satışa çıxarılır.

“Bizim smartonumuzdan sonra “Apple” gücə düşüb”, - deyə Medvedev əlavə edib.



AzVision.az


Teqlər:





Xəbər lenti